"Külək oyadan çərşənbə"
12.03.2024-cü il tarixində məktəbdə xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Novruz bayramının yaxınlaşmasından xəbər verən 3-cü çərşənbə olan "Yel çərşənbəsi" qeyd edilib. İnanclara görə, Yel çərşənbəsinin gətirdiyi isti küləklər yazın gəlişini yaxınlaşdırır, təbiəti isindirir. Yel çərşənbəsi həm də ilaxır çərşənbəyə hazırlıq deməkdir.
Yel çərşənbəsində şagirdlər milli geyimlərdə adət-ənənələrimizi nümayiş etdiriblər. Şagirdlər Keçəl və Kosanı canlandırıblar. Açılan çərşənbə süfrəsi şəkərbura, paxlava, qoğal və digər şirniyyatlarla bəzədilib. Şagirdlər yumurta döyüşdürüb, müxtəlif oyunlar oynayıblar.