"Ailəmizin dəyərini bilək" maarifləndirici söhbət
12.03.2024-cü il tarixində psixoloq Röya Qəhrəmanova tərəfindən VII sinif şagirdləri ilə saglam ailə əlaqələrinin və dəyərlərinin ehemiyyətinin öyrədilməsi məqsədilə "Xalqımızın milli-mənəvi dəyərlər sistemində ailənin rolu" mövzusunda maarifləndirici söhbət aparılıb.
Röya Qəhrəmanova şagirdlərə ailə ənənələrin, keçmiş nəsillərin tərbiyyəsinin qoruyucusu və ötürücüsü olduğunu söyləyib. O bildirib ki, ailə dedikdə, ilk növbədə ağlımıza gələn eyni evde yaşayan ana,ata və övladlardır. İnsan ailədə dünyaya gəlir, ele buna gorə ailə insanın həyatında, formalaşmasında mühüm rol oynayır. Uşağın doğulması, inkişafı, formalaşması ailədən başlayır. Ailənin bütövlüyünün sirri onun birliyindədir.