21 fevral - Beynəlxaq Ana Dili Günüdür

21 fevral 2017-ci il tarixində Beynəlxalq Ana Dili Günü münasibətilə məktəbimizin kitabxanasında kitabxana müdiri G. Məmməxanova və kitabxanaçı X. Hüseynova tərəfindən ibtidai sinif şagirdlərinin iştirakı ilə “Ana dilimizi sevək, sevdirək” adlı bədii tədbir keçirilmişdir. Məktəbimizin kitabxana müdiri Məmmədxanova Gülxatının təşkilatçılığı ilə keçirilən tədbirdə 4 "B" və 3 "A" sinif şagirdləri çıxış edərək, ana dilinin gözəlliyini əks etdirən şeirlər söyləmiş, mahnılar oxumuşlar. Tədbirdə Ana dilinə həsr olunmuş videoslayd nümayiş etdirilmiş, şagirdlərin ifasında tarixi məzmunlu səhnəcik tədbir iştirakçılarına təqdim olunmuşdur. Sonra Gülxatın müəllimə çıxış edərək, Azərbaycan dilinin xalqın mənəvi sərvəti olduğunu, gələcək nəsillərin bu əmanəti qorumaq vəzifəsi daşıdığını qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi