Od çərşənbəsi qeyd edilib
05.03.2024-cü il tarixində Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə olan Od çərşənbəsi qeyd edilib. Müəllim od çərənbəsində unudulmuş adət-ənnənələr haqqında şagirdləri məlumatlandırıb.
Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
.