İdman həftəsi davam edir
İdman həftəsinin ikinci günü martın 4-də fiziki tərbiyə müəllimi Mikail Tarverdiyevin təşkilatçılığı ilə VI-VII siniflər arasında keçirilən futbol turnirində 7 “B” sinfi, VII-IX siniflərin qızlardan ibarət komandaları arasında keçirilən voleybol yarışında 9 “A” sinfi qalib olub. Həmçinin məktəbin VIII-XI sinif şagirdləri Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Pirallahı rayonunda keçirilən “5 Mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş atletika idman növü üzrə rayon turnirdə də iştirak ediblər. Bundan başqa, idman həftəsi çərçivəsində idman viktorinası, "Ən sürətli şagird" adlı qaçış, bosketbol, qol güləşi yarışları, rəsm və "Olimpiya uşaqların gözü ilə" əl işi müsabiqəsi, sağlam qidalanma ilə bağlı xüsusi dərslər təşkil olunub.