İdman həftəsi
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli, 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndinə əsasən 1-7 mart 2024-cü il tarixində 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar ümumi təhsil müəssisələrində idman həftəsi elan olunub.
Martın 1-də fiziki tərbiyə müəllimi Mikail Tarverdiyevin təşkilatçılığı ilə səhər gimnastikası təşkil olunub, V siniflər arasında keçirilən futbol turniri keçirilib. VIII-IX sinifləri arasında basketbol yarışı,keçirilib. Həmçinin məktəbin VII-VIII sinif şagirdləri Pirallahı qəsəbəsində yerləşən Laçın rayonu Bozlu kənd tam orta məktəbinin şagirdləri ilə futbol yarışında da iştirak edib.