1 Mart Ümumdünya Mülki Müdafiə Günüdür

    01.03.2024-ci il tarixində "1 Mart Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar məktəbdə "Mülki Müdafiə Sahəsində İnnovativ Texnologiyalar" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Xəzər və Pirallahı rayonları üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi mayor Vüsal Fətullayev, şöbənin baş zabitləri kapitan Zaur Xələfov, kapitan Ərəstun Mahmudov, Mülki Müdafiə İdarəsinin Mülki Müdafiənin Təşkili və Planlaşdırma şöbəsinin rayonlar üzrə Fövqəladə Hallar və Mülki Müdafiə Şöbələri ilə Əməliyyat İşinin Təşkili bölməsinin rəisi Mayor Cəsarət Kərimov, Mülki Müdafiə İdarəsinin Mülki Müdafiənin Təşkili və Planlaşdırma şöbəsinin kəşfiyyat bölməsinin zabiti kapitan Osman Məmmədli, Operativ Reaksiyavermə və Əməliyyat Planlaşdırma İdarəsinin Təlim və Əməliyyat Planlaşdırma şöbəsinin baş zabiti Mayor Emil Hüseynov, Dövlət Yanğın Nəzarəti Xidmətinin böyük inspektoru mayor Elmar Məmmədov, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 18 saylı bölməsinin əməkdaşları, məktəbin direktoru Elnur Bayramov, müəllim və şagird kollektivi iştirak edib. İlk olaraq məktəbin direktoru Elnur Bayramov tədbir iştirakçılarını salamlayıb mövzu barəsində qısa məlumat verərək çıxış üçün sözü Xəzər və Pirallahı rayonları üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi mayor Vüsal Fətullayevə verdi. Təbliğat xarakterli tədbirdə FHN-in əməkdaşları təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin tibbi yardımın düzgün göstərilmə üsul və mexanizmləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunması barədə müəllim və şagirdləri məlumatlandırıblar. Daha sonra  mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi