“Çərşənbə iməcilikləri” layihəsinin keçirilməsinə start verildi

Xalqımızın ən əziz bayramı, bayramların şahı Novruz yaxınlaşır. Əsrlər boyunca davam edən ənənələrimizə görə ilin bu vaxtları təmizlik işləri aparılır. Bu da səbəbsiz deyil, havalar isinir, qışın, qarın, çovğunların, xəzrinin qalan izləri torpaqdan təmizlənir. Torpaq uzun yuxudan sonra yeni həyata hazırlanır. Xalqımızın milli dəyərlərini qorumaq, yaşatmaq və gələcəyimiz olan balaları bu adətlərə alışdırmaq məqsədilə hər il bayramqabağı iməclik işləri yerinə yetirilir. Ənənəmizə sadiq qalaraq bu il də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəbimizə ünvanladığı məktubu əsas tutaraq, məktəbimizdə Novruz bayramı ilə əlaqədar “Çərşənbə iməcilikləri” layihəsinin keçirilməsinə start verildi. Bugünkü Su çərşənbəsi münasibətilə məktəbimizdə məktəbin müəllim, şagird və texniki işçilərin mütəşəkkil surətdə iştirakı ilə iməcilik keçirilmiş, məktəbyanı ərazidə, məktəb həyətində kütləvi abadlıq, təmizlik işləri görülmüşdür. İməcilik zamanı məktəbimizin bütün pedaqoji heyəti fəal işləmiş, məktəbin həyətində olan torpaq sahəsi şumlanmış, alaq otlarından təmizlənmiş, ağacların gövdələri əhənglənmiş, quru budaqları kəsilmiş, dibləri yumşaldılmışdır.İlimiz uğurlu gəlsin, torpağımız bərəkətli olsun.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi