“Zərərli vərdişlər, siqaret, alkoqolizm və narkomaniyaya yox deyək!”

    28.02.2024-cü il tarixində məktəbin psixoloqu Röya Qəhramanova VIII sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də zərərli vərdişlərin qarşısının alınması məqsədilə “Zərərli vərdişlər, siqaret, alkoqolizm və narkomaniyaya yox deyək!” adlı maarifləndirici məşğələ keçirib. Məşğələdə şagirdlərə zərərli vərdişləri özündə əks etdirən bukletlər paylanılıb və şagirdlər rəngləmələrlə siqaret əleyhinə şüarlar səsləndiriblər. Problem ağacında isə şagirdlər zərərli vərdişlərin hansı səbəbdən yarandığı haqqında fikirlərini qeyd ediblər. Daha sonra mövzü ətrafinda fikir mübadiləsi aparılıb və şagirdlər sualları cavablandırıblar.

    Bu kimi məşğələlərin keçirilməsində məqsəd şagirdləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, zərərli vərdişlərin cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, təhsilalanları belə neqativ əməllərdən çəkindirmək, onların təhsilə, elmə olan marağını daha da artırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi