Novruzun ilk çərşənbəsi
27.02.2024 cü il tarixində məktəbdə "Əzəl çərşənbə", "Sular Novruzu" , xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınan Su çərşənbəsi qeyd edilib.Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır. Şagirdlər Su çərşənbəsi, Novruz adət-ənənələri haqqında ətraflı məlumatlandırılıb və bayram əhval- ruhiyyəli mahnılar, şeirlər ,inanclara aid nümunələr söyləyiblər.