Xocalı Soyqırımına həsr olunan xüsusi dərslər
26.02.2024-cü il tarixində Xocalı soyqırımının 32-ci il dönümü ilə əlaqədar xüsusi dərslər keçirilib. Dərslərdə Xocalı qurbanlarının xatirəsi yad edilib, şagirdlərə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, onlara Vətənə, doğma torpağa məhəbbət hissi aşılanıb. Şagirdlər Xocalı soyqırımına həsr olunan şeirlər söyləyib, əl işlərindən ibarət rəsm sərgiləri və səhnəciklər nümayiş etdiriblər.