"Zülmətdən İşığa"

    26.02.2024-ci il tarixində Xocalı soyqırımının 32-ci il dönümü ilə əlaqədar sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Sevda Rəhimovanın ssenarisi əsasında “Zülmətdən İşığa” adlı tədbir keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında məlumat verilib. Tədbirdə məktəbin direktoru Elnur Bayramov ,Pirallahı Rayonu İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin nümayəndəsi Anar Babayev,  Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova iştirak edib.
    Qonaqlar öz çıxışlarında Xocalı qətliamının xalqımıza yaşadılan ən faciəli hadisə olduğunu və torpaqlarımız düşmən tapdağından azad olunsa da, Azərbaycan xalqının bu faciəni əsla unutmayacağını və gələcək nəsillərə də unutdurmayacağını vurğulayıblar. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilən qətliamı kəskin pislədiyini bildiriblər.
    Daha sonra şagirdlər “Xocalı Soyqırımı”na həsr edilən şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi