Xocalı Soyqırımına həsr olunmuş sərgi

    Fevralın 23-də Xocalı soyqırımının 32-ci ildönümünü ilə əlaqədar məktəbin rəsm müəllimi Günel Həsənovanın rəhbərliyi ilə şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib. Rəsmləri çəkən şagirdlər Xocalı faciəsini gözləri ilə görməsələr də, öz müəllimlərindən bu faciə ilə bağlı aldıqları məlumatları, təəssüratları uşaq təxəyyülü ilə ağ kağızlara köçürüblər. Rəsmlərdə həmin gecənin dəhşətləri, yüzlərlə insanın al qanına qəltan edilməsi, düşmənin kimsəyə aman verməməsi, kafir erməninin o gecədə ağbirçək anaya, ağsaqqal qocaya, körpəyə də güllə atması təsvir olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi