“Təhsildə sosial iş” layihəsi

    Fevralın 23-də məktəbdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı və 168 nömrəli tam orta məktəbin dəstəyi ilə həssas əhali qruplarından olan uşaqların erkən aşkarlanması, onların ailələrilə sosial işin aparılması, çətin həyat şəraiti ilə qarşılaşmalarının qarşısının alınması məqsədi ilə IX-XI sinif şagirdləri arasında maarifləndirici söhbət aparılıb. Tədbirdə Sosial Xidmətlər Agentliyinin nümayəndələri Aydın Məmmədov, Fariz Murtuzov, Dilbər Bəhmənli, məktəbin direktoru Elnur Bayramov, məktəb psixoloqu Röya Qəhrəmanova, həssas qrupdan olan şagirdlər iştirak edib. Layihənin məqsədi şagirdlərin akademik və sosial uğurlarını dəstəkləməklə yanaşı, onların ailələrinə böyük dəstək olmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi