Ana dilimizi sevək və qoruyaq !

    Fevralın 21-də Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Ana dilimizi sevək və qoruyaq!” adlı tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, məktəbin direktoru Elnur Bayramov müəllim və şagird kollektivi iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili haqqında söylədiyi müdrik kəlamların səsləndirilməsi ilə başlayıb. Tədbirdə şagirdlərə Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verilib.  Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsi olduğu, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunmasında ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətləri xüsusilə vurğulanıb. Tədbirin sonunda şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söyləyib, doğma dilimizə sevgi hislərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi