“Narkomaniya və kiber cinayətkarlıqla mübarizə” mövzusunda maarifləndirici tədbir

    Fevralın 20-də Pirallahı Rayon Polis İdarəsinin təşkilatçılığı ilə “Narkomaniya və kiber cinayətkarlıqla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon Polis İdarəsinin Əməliyyat işləri üzrə rəis müavini polis polkovniki Elman Kazımov, Pirallahı Rayon Polis İdarəsinin Təhqiqat bölməsinin rəisi polis mayoru Ruslan Məmmədov, məktəbin direktoru Elnur Bayramov, məktəb psixoloqu Röya Qəhrəmanova, müəllimlər, valideynlər, IX-XI sinif şagirdləri iştirak ediblər. İlk olaraq məktəbin direktoru Elnur Bayramov tədbiri açıq elan edib. Sonra çıxış üçün söz Pirallahı Rayon Polis İdarəsinin Əməliyyat işləri üzrə rəis müavini polis polkovniki Elman Kazımova verilib. O, öz çıxışı zamanı mövzu ilə əlaqədar ətraflı məlumat verib, mövzunun aktuallığından bəhs edib. Bildirib ki, bəşəriyyət üçün ən böyük problemlərdən olan narkomaniya və kiber cinayətkarlığın təhlükəli fəsadlarına qarşı mübarizə bu gün xüsusilə önəm daşıyır və onların həlli istiqamətində bir çox mühüm addımlar atılır. Pirallahı Rayon Polis İdarəsinin Təhqiqat bölməsinin rəisi polis mayoru Ruslan Məmmədov öz çıxışı zamanı gənclərin  zərərli vərdişlərdən qorunmasının vacibliyini söyləyib, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilmələrinin, elmə, təhsilə yiyələnmələrinin əhəmiyyətini vurğulayıb.

    Tədbirin sonunda mövzu ilə əlaqədar fikir mübadiləsi aparılıb. Şagirdlərin sualları ətraflı cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi