VIII və IX siniflərində monitorinq
Fevralın 19-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəbin VIII və IX siniflərində buraxılış fənləri üzrə monitorinq təşkil olunub. Şagirdlər 2,5 saat (150 dəqiqə) müddətində 85 (30 tədris dili, 25 riyaziyyat, 30 ingilis dili) açıq və qapalı tipli tapşırığı cavablandıblar. Eyni monitorinq sualları həm VIII, həm də IX sinif şagirdlərinə təqdim olunub. Monitorinqin gedişatını məktəbin direktoru Elnur Bayramov və təlim-tərbiyə işləri üzrə direktor müavini Türkel Abdıyeva izləyib.