14 fevral Beynəlxalq Kitab Bağışlama Günü

14 Fevral - Beynəlxalq Kitab Bağışlanma Günü 168 nömrəli tam orta məktəbdə  qeyd olunub. Tədbirlərdə şagirdlərə Beynəlxalq Kitab Bağışlama Günü barədə ətraflı məlumat verilib. Şagirdlərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşünün formalaşmasında mütaliənin mühüm rol oynadığı diqqətə çatdırılıb.Tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliəyə, təhsilə, elmi biliklərə, kitaba marağının artırılması, onların mənəvi aləminin zənginləşməsi, dünyagörüşünün və maraq dairəsinin genişləndirilməsindən ibarətdir.

Əlamətdar gün ilə əlaqədar kitabxana müdiri Ülviyyə Niftəliyeva ibtidai sinif şagirdlərinə mütaliəni sevdirmək, nitq inkişafını formalaşdırmaq, onlarda davamlı kitab oxumaq həvəsini yaratmaq məqsədilə onların adlarını kitabxananın oxucu siyahısına daxil edib, bu günün mütaliə mədəniyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini, uşaqlarda kitaba məhəbbət  yaratdığını vurğulayıb. Tədbirlərdə şagirdlər və müəllimlər biri-birinə kitab hədiyyə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi