Məktəbdə Pedoqoji Şuranın növbəti iclası keçirilib

    Fevralın 1-də məktəbin fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirilib. Pedaqoji Şurada məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Türkel Abdıyeva, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Sevda Rəhimova, psixoloq Röya Qəhrəmanova və pedoqoji kollektiv iştirak ediblər. Pedaqoji Şuranın sədri, məktəbin direktor əvəzi Türkel Abdıyeva gündəlikdə olan məsələlər barədə iclas iştirakçılarını məlumatlandırıb. İclasda 2023-2024-cü tədris ili üzrə I yarımilin nəticələri, ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə görülən işlər, qarşıya qoyulan məqsədlər, fənn olimpiadalarında məktəb və rayon turlarının nəticələri, şagirdlərin dərsə davamiyyətinin və məktəbli formasından istifadənin vəziyyəti, fənn metodbirləşmə rəhbərlərinin hesabatı, məktəb inventarlarının qorunması monitorinqinin nəticələri, kitabların qorunub saxlanılması, fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsi və cari məsələlər müzakirə edilib. İclasda VIII-XI siniflərdə buraxılış imtahan fənləri üzrə Böyük Summativ Qiymətləndirmənin və IV, VI, VII, VIII siniflərdə Azərbaycan dili fənni üzrə keçirilən monitorinqin nəticələri müzakirə edilib. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi