Məktəbdə İlk Həmkarlar İttifaqı Komitəsinin hesabat iclası keçirilib
18 yanvar 2024-cü il tarixində məktəbdə İlk Həmkarlar İttifaqı Komitəsinin növbəti hesabat seçki iclası keçirilib. İclasda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Pirallahı rayon Komitəsinin sədri Arzu Cahangirova iştirak edib. Məktəb İlk Həmkarlar İttifaqı Komitəsinin sabiq sədri İsmayılova Natəvan 2020-2024-cü illər üzrə görülən işlər barədə hesabat verib. Sonda məktəbin İlk Həmkarlar İttifaqı Komitəsinin sədri və yeni tərkibi seçilib. Qapalı səsvermə nəticəsində məktəbin psixoloqu Qəhrəmanova Röya İlk Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.