20 Yanvar – qanlı və şanlı tariximiz

    20 yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar "Qanlı 20 Yanvar – müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir" adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Elnur Bayramov, Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Arzu Abdullayev, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, müəllim və şagird kollektivi iştirak etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənin azadlığı və suverenliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbirin aparıcısı Zülfünaz Abasova tədbir iştirakçılarına 20 Yanvar faciəsinin acıları barədə ətraflı məlumat verdi. Tədbirdə iştirak edən qonaqlar öz çıxışlarında 20 yanvar faciəsinin səbəbləri və həmin hadisənin başlanmasına zəmin yaradan milli azadlıq hərakatından danışdılar. Bildirdilər ki,  XI qızıl ordunun keçmiş Sovet İttifaqı rəhbərliyinin əmri ilə azadlıq mücadiləsi aparan əliyalın bir xalqa qarşı misilsiz soyqırımı idi. Natiqlər bu gün müstəqil və qalib ölkəmizin inkişafından və azadlığından danışaraq, azadlığın qanla yoğrulduğunu dilə gətirdilər. 

    Sonda təhsilalanlar 20 yanvar faciəsinə həsr olunan şeir və mahnılar söyləyib, səhnəciklər nümayiş etdiriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi