Məktəbdə psixologiya həftəsi

    Həftə ərzində psixoloq Röya Qəhrəmanova  tərəfindən məktəbdə müsbət psixoloji mühitin formalaşdırılması məqsədi ilə “Psixologiya həftəsi” təşkil olunub. Məktəbin foyesində müxtəlif aforizmlər həmçinin təhsilalanların məktəbə olan münasibətini öyrənmək üçün "Məktəbə necə əhvalla gəlirsən?" başlıqlı lövhə yapışdırılıb. Təhsilalanlar bu suala münasibətlərini insan əhval-ruhiyyəsini təsvir edən işarələrlə bildiriblər. Siniflərdə isə “İdeal mən” obrazı yaratmaq məqsədi ilə aksiya təşkil olunub. Təhsilalanlar şəxsi müsbət keyfiyyətlərindən ibarət cavabları lövhəyə yapışdıraraq ideal mən obrazını yaradıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi