Təbiət və Azərbaycan tarixi fənləri üzrə monitorinq
Dekabrın 29-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəbin VI siniflərində təbiət və VII siniflərində Azərbaycan tarixi fənləri üzrə monitorinq təşkil olunub. Şagirdlər 1 akademik saat (45dəqiqə) müddətində 20 açıq və qapalı tipli tapşırığı cavablandıblar.
Monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.