“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunan intellektual yarış

    21 dekabr 2023-cü il tarixdə Pirallahı rayon Gənclər Mərkəzində Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə məktəblilər arasında "Nə?", "Harada?", "Nə zaman?" intellektual oyunu üzrə rayon birinciliyi keçirilib. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşdırılması, habelə vətənə məhəbbət hissinin və milli-mənəvi dəyərlərin təbliği istiqamətində tərbiyə olunmasından ibarətdir.

    İntellektual yarışın nəticələrinə görə 168 nömrəli tam orta məktəbin "Qarabağ" komandası  ikinci yerə layiq görülüb. Komanda üzvləri diplom, medal və hədiyyələrlə təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi