"İnsan hüquq və azadlıqlarının müdafiəsi" və "Gender əsaslı zorakılıqla mübarizə" mövzularına həsr olunan tədbir

     Dekabrın 19-da “İnsan hüquq və azadlıqlarının müdafiəsi” və “Gender əsaslı zorakılıqla mübarizə” mövzularına həsr olunan maarifləndirici tədbir keçirilib.Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri  Arzu Abdullayev, Rauf Əliyev, məktəbin psixoloqu Röya Qəhrəmanova, müəllim və şagird kollektivi iştirak edib.

    Tədbirdə çıxış edən qonaqlar öz nitqlərində Azərbaycan Respublikasının Təhsil sistemində qadın və kişilərin bərabər iştirakına şərait yaradılması, qız və oğlanların təhsil alması üçün sosial stereotiplərin möhkəmləndirilməsi, bərabər təhsil almaq imkanlarının saxlanması istiqamətində tədbirlərin görüldüyünü və daima diqqətdə saxlanıldığını vurğulayıblar. Psixoloq Röya Qəhrəmanova çıxışında uşaq hüquqları, gender bərabərliyi, kişi və qadın psixologiyasının fərqli məqamları və cəmiyyətin əsasında bu münasibətlərin durduğunu qeyd edib. Tədbir zamanı verilən suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi