Bullinq - məktəbdə aqressiya
Son zamanlar dünyanın bütün ölkələrinin təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir (bullying).
Noyabrın 24-də məktəbin psixoloqu Röya Qəhrəmanova Bullinq haqqında VIII sinif təhsilalanları ilə maarifləndirici söhbət aparıb. Psixoloqun sözlərinə görə bullinq yalnız qəzəb və alçaldıcı hərəkət deyil. Bullinq təkrarlanmaq, qurbanını qorxu və stress vəziyyətində qoymaq tendensiyasına malikdir. Oxşar effekti bullinq həm də baş verən aqressiv hadisələrin şahidləri olanlara qarşı da göstərir. Sonra isə təhsilalanlar arasında Zorbalıq və Bullinq münasibətini öyrənmək üçün sorğu keçirilib. Təhsilalanlar mövzu haqqında maraqlı fikirlər bildirib.