Kəlbəcərin azad olunmasından 3 il ötür
Noyabrın 24-də sinifdənxaric və məktəbdənkənar tərbiyə üzrə təşkilatçı Sevda Rəhimova, UBR Zülfünaz Abasova tərəfindən "Kəlbəcərin azad olunmasından 3 il ötür" adlı tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin kitabxana müdiri Ülviyyə Nitəliyeva Kəlbəcərin azad olunması barədə təhsilalanlara ətraflı məlumat verib və tədbiri açıq elan edib . O, bildirib ki, Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Sonda tədbir vətənpərvərlik ruhlu şeir, mahnı, rəqs və kompozisiyalarla davam edib.