"Fövqəladə hallar uşaqların gözü ilə"
Noyabrın 15-də Heydər Əliyev ili çərçivəsində "Fövqəladə hallar uşaqların gözü ilə " müsabiqəsinin məktəb turu keçirilib. Müsabiqədə I - XI sinif təhsilalanlarının rəsm, plakat, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nomnasiyaları üzrə əl işləri nümayiş etdirilib. "Fövqəladə hallar uşaqların gözü ilə "müsabiqəsinin şəhər turuna 7 "A" sinif şagirdi Zəhra Ağakişiyeva və 7 "Ç" sinif şagirdi Aysun Məmmədovanın əl işləri təqdim olunub.