“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir

    Noyabrın 15-də sinifdənxaric və məktəbdənkənar tərbiyə  üzrə təşkilatçı Sevda Rəhimova, UBR Zülfünaz Abasova,psixoloq Röya Qəhrəmanova tərəfindən "Uşaq hüquqları aylığı" çərçivəsində tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin nəzdində humanitar şöbənin müdiri Arzu Abdullayev, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev,  Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, məktəbin direktoru Elnur Bayramov, təhsilverən və təhsilalanlar  iştirak edib. Tədbir iştirakçıları öz çıxışlarında qeyd edib ki, uşaqlara diqqətin artırılması, onların hüquq və haqqlarının qorunması, təhsil almaları, təhlükəsiz sağlam mühitin yaradılması istiqamətində dövlət mühüm işlər görür. Bu kimi məsələlərə daima nəzarət və diqqət olunur. Sonda isə təhsilalanlar uşaq əməyinin istismarını özündə əks etdirən səhnəcik nümayiş etdirib,hüquqlara aid şerlər səsləndirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi