8 noyabr Zəfər Günümüz mübarək!

    Noyabrın 7-də sinifdənxaric və məktəbdənkənar tərbiyə üzrə təşkilatçı Sevda Rəhimova, UBR  Zülfünaz Abasova tərəfindən "Zəfər Günü" və " Dövlət Bayraq Günü" ilə əlaqədar  "Qələbəmiz əbədidir!" adlı tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sevda Rəhimova Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan Zəfər Günü barədə təhsilalanlara ətraflı məlumat verib və tədbiri açıq elan edib. Məktəbin direktoru Elnur Bayramov çıxış edərək Vətən Müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açıb, möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğunu diqqətə çatdırıb.Sonda tədbir Zəfər Gününə həsr olunan şeir, mahnı, rəqs və kompozisiyalarla davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi