"Zəfər Günü"nə həsr olunan nümunəvi dərslər
Noyabrın 7-də məktəbdə Zəfər Gününə həsr olunan nümunəvi dərslər keçirilib. Nümunəvi dərsdə şagirdlərə dövlət rəmzlərinə, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, tariximizin şanlı səhifələrinə həsr olunan məlumatlar verilib.
Nümunəvi dərsdə Vətən Müharibəsində qəhrəmanlıq göstərən qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub.