44 günlük Vətən müharibəsi iştirakçıları ilə görüş

   Noyabrın 2-də "Zəfər Günü" ilə əlaqədar sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Sevda Rəhimova tərəfindən tədbir təşkil olunub. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov və böyük məsləhətçi Tural Cəfərov, məktəb rəhbərliyi və şagirdlər iştirak edib. İlk olaraq məktəbin direktoru Elnur Bayramov tədbir iştirakçılarını salamlayıb,  Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Süpay Məmmədov və Tural Cəfərov şagirdlərlə 44 günlük Vətən müharibəsində keçdikləri şərəfli döyüş yolları və xatirələrini bölüşərək, şagirdlərə elm və təhsilə yiyələnməyi, vətəninə, bayrağına layiqli və sadiq olmağı, vətənin müdafiəsi  uğurunda gözlərini qırpmadan canlarını fəda edən şəhidlərin əziz xatirəsini daima uca tutmağı söyləyiblər. Sonda məktəbin direktoru Elnur Bayramov  Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi yolunda göstərdikləri şücaət və qəhrəmanlıqlara görə Vətən müharibəsi iştirakçılarına kollektiv adından təşəkkürnamə təqdim edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi