Qubadlı, sən azadsan!
Oktyabrın 25-də məktəbdənkənar və sinifdənxaric işləri üzrə təşkilatçı Sevda Rəhimova və kitabxanaçı Ülviyyə Niftəliyeva, UBR-i Zülfünaz Abasova Qubadlı rayonunun işğaldan azad edilməsinin üçüncü ildönümünü ilə əlaqədar " Qubadlı, sən azadsan!" adlı tədbir keçirib. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənin azadlığı uğurunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edillib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndələri, Pirallahı Mədəniyyət Mərkəzinin direktoru, məktəb rəhbərləri, müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə Arzu Abdullayev Müzəffər Ali Baş Komandan İlham Əliyevinin bu gün də davam etdirdiyi uğurlu siyasətindən danışaraq 3 il müddətində işğaldan azad edilən şəhər və rayonlarımızda bərpa və yenidənqurma işlərinin böyük vüsətlə həyata keçirildiyini söyləyib.
Məktəbin direktoru Elnur Bayramov öz çıxışında qeyd edib ki, Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedib, Azərbaycan şəhidlər verib. Qubadlının azadlığı uğrunda şəhadətə ucalan Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidovun timsalında öz doğma yurdu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərin şüacəindən danışıb.
Tədbir şagirdlərin vətənpərvərlik və şanlı zəfərə həsr olunan şeir, mahnılar və rəqsləri ilə davam etdirilib.