Zəngilanın işğaldan azad olunmasından 3 il ötür
Oktyabrın 20-i Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin üçüncü ildönümü ilə əlaqədar məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasova xüsusi dərs keçib. Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Türkel Abdıyeva, məktəbdənkənar və sinifdənxaric işləri üzrə təşkilatçı Sevda Rəhimova iştirak edib.
Sevda Alxasova öz nitqində 44 günlük Vətən Müharibəsində müzəffər ordumuzun qazandığı ən böyük uğurlardan birinin Zəngilan rayonunun düşmən tapdağından azad edilməsini bildirib. Bizi şanlı zəfərimizə bir addım daha da yaxınlaşdıran, sevincimizə sevinc qatan bu müjdəli xəbəri məhz Ali Baş Komandan, Prezident İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa müraciətində bildirmişdir. Daha sonra şagirdlər Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində düşmən ordusunu məhv edərək ərazi bütövlüyünü bərpa etməsi haqqında öz fikirlərini söyləyiblər.