H.Əliyev-Müstəqilliyimizin banisidir! adlı tədbir

    Oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar məktəbdə "Müstəqilliyimiz əbədidir!" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndələri  Arzu Abdullayev, Sübhay Məmmədli, məktəb rəhbərləri, müəllim və şagird kollektivi iştirak edib.

    Rayon İcra Hakimiyyətinin nümayəndəsinin nümayəndəsi Arzu Abdullayev müstəqilliyimizin bərpası ilə əlaqədar geniş nitq söyləyib. O, öz çıxışında qeyd edib ki, dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə edib. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirib. 1995-ci il noyabrın 12-də müəllifi ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu ilə ölkəmizdə yeni dövlət quruculuğunun və onun fəaliyyətinin hüquqi əsası yaradılıb.

    Tədbir 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi" publik hüquqi şəxsi dərnək üzvlərinin  vətənpərvərlik ruhunda olan mahnı, şeir, rəqs və kompozisiyaları ilə davam etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi