Füzulinin şəhərinin işğaldan azad olunmasından 3 il ötür
17.10.2023-cü il tarixində məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Sevda Rəhimova və UBR-i Zülfünaz Abasova tərəfindən Füzuli şəhərinin işğaldan azad edilməsinin üçüncü ildönümünə həsr olunan tədbir keçrilib. İlk öncə dövlət himni səsləndirilib, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib. Məktəbin direktoru Elnur Bayramov öz çıxışında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızın şücaətindən danışıb. Məktəbin tarix müəllimi Şəfəq Abdıyeva öz nitqində qeyd edib ki, Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edən Füzuli əməliyyatı ilə qədim yaşayış məskənimiz işğaldan azad olundu. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını alıb və həlak olanların qanı yerdə qalmayıb.
Tədbir şagirdlərin vətənpərvər ruhlu şeir və mahnıları ilə davam etdirilib.