Reproduktiv sağlamlıq

    13.10.2023-cü il tarixində məktəbin psixoloqu Röya Qəhrəmanova VIII sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması məqsədilə valideynlərlə maarifləndirmə söhbəti aparmışdır. İclasda məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Sevda Rəhimova, UBR-i Zülfünaz Abasova iştirak ediblər. Valideynlərlə görüş zamanı onlara metodik vəsaitdə olan mövzular haqqında məlumat verilib. Daha sonra valideynlərinin təkliflərinin qeydləri aparılıb. Eyni zamanda reproduktiv sağlamlıq kursunun məşğələlərinin VIII sinifdən başlayaraq ildə 5 dəfə sinif saatları hesabına tədris ediləcəyi barədə məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi