“Məişət zorakılğı"," Erkən nikah"," Narkomaniya və onun fəsadları” mövzusunda söhbət

    Oktyabrın 9-da məktəbin 9-11-ci sinif şagirdləri arasında “Məişət zorakılğı","Erkən nikah","Narkomaniya və onların fəsadları” adlı maarifləndirici söhbət aparılıb.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Xəzər Rayon Polis Şöbəsinin rəisi baş leytenant Cümşüd İsmayılov, məktəbin direktoru Elnur Bayramov, məktəbdənkənar və sinifdənxaric işləri üzrə təşkilatçısı Sevda Rəhimova, psixoloq Röya Qəhrəmanova, müəllimlər və 9-11-ci sinif şagirdləri iştirak ediblər.

    Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Bildirilib ki, bəşəriyyət üçün ən böyük problemlərdən olan məişət zorakılığı, erkən nikah və narkomaniyanın təhlükəli fəsadlarına qarşı mübarizə bu gün xüsusilə önəm daşıyır və onların həlli istiqamətində bir çox mühüm addımlar atılır. Vəzir Səfixanov öz çıxışı zamanı gənclərin  zərərli vərdişlərdən qorunmasının vacibliyini söyləyib, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilmələrinin, elmə, təhsilə yiyələnmələrinin əhəmiyyətini vurğulayıb.

    Tədbirin sonunda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi