Cəbrayılın azad olunmasına həsr olunan xüsusi dərslər
Oktyabrın 4-də Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğaldan azad olunmasının üçüncü ildönümü münasibəti ilə xüsusi dərslər keçirilib.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Manafova xüsusi dərsdə azad 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində rayonun yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv olunması haqqında danışıb.O bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Cəbrayıl rayonu işğaldan azad edilib. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtulub.
Digər xüsusi dərslərdə isə şagirdlər xalqımızın canı və qanı bahasına əldə olunmuş şanlı zəfərdən danışaraq ,qələbə ruhlu şeirlər söyləyib, təqdimatlar nümayiş ediblər.