Qələbə müjdəmiz olan Cəbrayılın azad olunmasından 3 il ötür

    04.10.2023 cü il tarixində qələbə müjdəmiz olan Cəbrayıl rayonunun işğaldan azad olunmasının 3-cü il dönümü ilə əlaqədar məktəbin həyətində tədbir keçirilib. İlk olaraq Vətənin azadlığı uğurunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib. Məktəbin direktoru Elnur Bayramov öz çıxışında qeyd edib ki, 3 il öncə tarixin bu günü 27 illik həsrətə son qoyularaq Cəbrayıl rayonu işğaldan azad olunub. O, Azərbaycan xalqı və rəşadətli ordumuzun  bir olub bir cəbhədə Ali Baş Komandanın yumruğu ətrafında möhkəmlənərək şanlı qələbə əldə etdiklərini vurğulayıb. Tədbir şagirdlərin vətənpərvərlik və şanlı zəfərimizə həsr olunan şeir və mahnıları ilə davam etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi