Anım Günü ilə əlaqədar videobülleten və rəsm sərgisi

Anım Günü ilə əlaqədar məktəbin foyesində rəsm sərgisi və videobülletenlərin nümayişi təşkil olunub. Sərgidə şagirdlər tərəfindən 44 gün davam edən II Vətən müharibəsinə həsr olunan rəsmlər və Ali Baş Komandanın uğurlu və uzaqgörən siyasəti sayəsində rəşadətli Azərbaycan ordusu qəhrəmanlarının düşmən üzərində şücaətini, mərdliyini və sonda zəfərini əks etdirən videobülletenlər nümayiş olunub.