Bilik Günü qeyd olunub
15 sentyabr- Bilik Günü ilə əlaqədar keçirilən rəsmi tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti aparatının birinci müavini Vəzir Səfixanov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı Rayon Bölməsinin sədri Təranə İskəndərova, məktəb rəhbərliyi, müəllimlər, valideynlər, şagirdlər iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu öndər Heydər Əliyevin, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vəzir Səfixanov çıxışında bu il ali məktəblərə qəbul olan şagirdlər haqqında danışıb və 2022-2023-cü tədris ilində Pirallahı rayonu üzrə ən yüksək nəticəni 168 nömrəli tam orta məktəbin məzunu Əhmədli Nərmin Azər qızının göstərdiyini xüsusi vurğulayıb.Tədbir birincilərin çıxışları ilə davam etdirilib. İlk dərslər "Heydər Əliyev Azərbaycanın qurucusu və xilaskarıdır" mövzusuna həsr olunub.