Son Zəng

    İyunun 14-də ölkəmizin hər bir guşəsində olduğu kimi 168 nömrəli tam orta məktəbdə də “Son zəng” tədbiri keçirilib. Son zəngin vurulması ilə 2022-2023-cı dərs ilinin başa çatması qeyd olunub, məktəbin 11-ci sinif şagirdləri məzun adını qazanaraq doğma məktəbə vida etdiblər. Məzunlar üçün təşkil olunan tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak edərək məzunları təbrik ediblər. İlk olaraq tədbirdə himn səsləndirilib. Sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təbrik üçün ilk söz məktəbin direktoru Elnur Bayramova verilib. O öz çıxışında tədbir iştirakçılarına məktəbin nailiyyətlərindən, adlı-sanlı qabaqcıl müəllimlərindən bəhs edib, məzunları təbrik edərək onlara uğurlar arzulayıb.

    Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi  Arzu Abdullayev iştirak edib. Tədbirin davamı prosesində çıxış edən ibtidai sinif müəllimləri öz çıxışlarında məzunlara ürək sözlərini bildirərək uğurlar arzulayıb. Tədbir məzunların hazırladıqları musiqi və rəqslərlə davam edib. Tədbirin yekununda məktəbin simvolik “Bilik Açarı”nı məzunlar birinci sinif şagirdlərinə təhvil verib. Sonda Son zəng səslənib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi