Hüquqlarımızı qoruyaq

    Uşaq hüquqları  dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır.

    Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. 

   İyunun 6-da məktəbin psixoloqu Röya Qəhrəmanova tərəfindən VII - VIII sinif şagirdləri arasında “Hüquqlarımızı qoruyaq ” adlı dəyirmi masa təşkil olunub. Şagirdlər tərəfindən milliyətindən,irqindən asılı olmayaraq dünyadakı bütün uşaqların hüquqlarının qorunmasının vacib olduğunu əks etdirən plakat hazırlanıb. Daha sonra şagirdlərə rəngli vərəqlər paylanılıb və şagirdlər rəngli kağızlardan əllərinin cizgilərini kəsərək öz fikirlərini həmin vərəqlərə yazaraq xüsusi hazırlanmış lövhəyə yapışdırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi