"Uşaqlar bizim gələcəyimizdir" adlı festiva
1 İyun dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" kimi qeyd edilir. Bununla əladəqar Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və iştirakı ilə 168 nömrəli tam orta məktəbin həyətində "Uşaqlar bizim gələcəyimizdir" adlı festival keçirilib. Məktəbin həyəti tədbir münasibətilə xüsusi tərtibatla bəzədilib. Tərtibat zamanı rəsm və əl işlərindən ibarət sərgi, idman sahəsində qazandıqları diplom, kubok, medallardan ibarət guşə təşkil olunub. Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri , YAP Pirallahl rayon təşkilatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin , orta məktəblərin şagird və pedaqoji kollektivləri iştirak edib. Tədbirdə şagirdlər tərəfindən hazırlanmış ədəbi bədii kompozisiyalar, mahnılar, şeirlər təqdim olunub, rəqslər nümayiş etdirilib .