Freydin assosiativ testi
Mayın 5-də məktəbin psixoloqu Röya Qəhrəmanova ibtidai sinif müəllimləri və valideynlərlə"Stressin idarə olunması" mövzusunda praktik və maarifləndirici təlim keçirib.Mövzu ilə bağlı nəzəri məlumatlar verildikdən sonra praktik texnikalar icra olunub. "Freydin assosiativ testi" müəllimlərin və valideynlərin böyük marağına səbəb olub .Sonra düzgün nəfəs texnikalar praktik olaraq göstərilib. Düzgün nəfəs almanın stress zamanı əhəmiyyəti xüsusi olaraq vurğulanıb.Təlim meditasiya ilə başa çatıb.