“Uşaqların zorakılıqdan müdafiəsi” mövzusuna həsr olunan layihə

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən növbəti maarifləndirmə tədbirləri Bakı şəhəri orta məktəblərində təşkil olunub.

    Təlimlər Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın “Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin kütləvi informasiya vasitələrini cəlb etməklə əhatə dairəsinin genişləndirilməsi”nə dair müvafiq yarımbəndinin icrası çərçivəsində həyata keçirilib. 

    Aprelin 25 də məktəbin VI və X cu sinif şagirdləri arasında  “Uşaqların zorakılıqdan müdafiəsi” mövzusuna həsr olunmuş (Ombudsman) Aparatı Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları tərəfindən təqdimat nümayiş etdirilib, uşaqlara qarşı zorakılıq və onun növləri, ayrı-seçkiliyin formaları, zorakılıqdan müdafiə mexanizmləri, uşaq hüquqlarının təmini sahəsində mövcud normativ hüquqi aktlar, habelə Ombudsmanın 916 Çağrı Mərkəzinin fəaliyyəti barədə iştirakçılara məlumat verilib.

    Təlim zamanı qruplar şəklində aparılan müzakirələrdə iştirakçılar uşaq hüquqlarının müdafiəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

    Tədbirə uşaqlarla yanaşı məktəb psixoloqu Röya Qəhrəmanova ,tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova və UBR-i Zülfünaz Abasova da qatılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi