20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş rəsm sərgisi keçirildi

16. 01. 2017-ci il tarixində məktəbimizdə 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə məktəbin tədbirlər planına uyğun olaraq “20 yanvar: uşaqların gözü ilə” mövzusunda rəsm sərgisi təşkil edilmişdir. Məktəbimizin 11 ibtidai sinfinin hər birinin şagirdlərinin öz sinif otaqlarında sinif müəllimlərinin köməyi ilə hazırladıqları faciənin ağrı – acısını özündə əks etdirən divar qəzetlərinə baxış keçirildikdən sonra məktəbin foyesində nümayiş olunan rəsm sərgisi 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda 20 Yanvar faciəsi şəhidlərinin Vətənin azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətlərdən, qəhrəmanlıqlardan danışıb. O, öz çıxışında 20 Yanvar 1990-cı ildə keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın qətlə yetirildiyini və yaralandığını qeyd etmişdir. Daha sonra foyedə faciəni əks etdirən foto-stendə, yuxarı sinif şagirdlərimizin rəsm əsərlərinə və sərgilənən kitablara baxış keçirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi