31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Ulu öndər Heydər Əliyev 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların soyqırım günü kimi qeyd olunur.
Martın 31-də məktəbdə "31 mart Azərbaycanlıların Soyqırımı Günü" ilə əlaqədər şagirdlər təqdimatlar hazırlayıb və soyqrıma həsr olunan şeirlər söyləyiblər.