"Narkomaniya və Erkən nigah " haqqında növbəti maarifləndirici söhbət
Martın 15-də məktəbin IX-XI sinif şagirdlərinin iştirakı ilə "Narkomaniya və Erkən nigah " mövzusunda maarifləndirici söhbət aparılıb.Tədbirdə Pirallahı Rayon Polis İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Elman Kazımov, Pirallahı Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların işi üzrə inspektoru polis leytenantı Niyazi Hacıyev, məktəbin tədris işləri üzrə direktor müavini Türkel Abdıyeva, tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova işirak ediblər. Polis polkovnik-leytenantı Elman Kazımov "Narkomaniya" ,"Erkən nigah " eyni zamanda "Yol hərəkəti təhlükəsizliyi qaydaları" və" Məktəblilərin mobil telefondan düzgün istifadə qaydaları" mövzuları haqqında şagirdlərə geniş maarifləndirici məlumatlar verib.